Operativ Məlumat Mərkəzi

“Şimşək çaxdı, leysan yağdı…”-FAKTİKİ HAVA

1 dəq
Paylaş:
“Şimşək çaxdı, leysan yağdı…”-FAKTİKİ HAVA

Avqustun 16-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı davam edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə çaxıb, arabir xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Kürdəmirdə 16 mm, Oğuzda 14 mm, Qobustanda 11 mm, Yevlax, Göyçayda 6 mm, Yardımlı, Cəfəxanda 5 mm, Lerik, Zərdab, Ordubad, Sabirabad, Biləsuvar, , Lənkəran, Astara, Qrız, Xaltan, Neftçala, Tərtərdə 4 mm-dək, Bakıda və yarımadasında isə 1 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax