Operativ Məlumat Mərkəzi

Şimali Kipr Prezidenti: "Azərbaycanın yanındayıq"

2 dəq
Paylaş:
Şimali Kipr Prezidenti: "Azərbaycanın yanındayıq"

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Respublikasının Konstitusiya quruluşunun bərpası və sırf hərbi ünsürlərin hədəf alınması məqsədi ilə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirlərini dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şimali Kiprin məlumat yayıb.

E.Tatar İrəvanı 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və liderləri arasında imzalanan Üçtərəfli bəyanatın müddəalarına əməl etməyə çağırıb:

“2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhlükə yaradır.

Dost və qardaş ölkə Azərbaycanın Üçtərəfli bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrini tərksilah edilməsi və ölkə ərazisindən çıxarılması, ermənilərin hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərinə geri qayıdan mülki əhalinin təhlükəsizliyinin təmin olunması, Qarabağda Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə başlatdığı antiterror tədbirlərini dəstəkləyirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında dediyi kimi, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”

E.Tatar Şimali Kipr türk xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu vurğulayıb:

İlham Əliyevin timsalında Azərbaycandakı bütün qardaşlarımızın haqlı mübarizəsini dəstəkləyir və regionda sülh, , firavanlıq və daimi sabitliyin bərqərar olması üçün Ermənistanı 2020-ci il 10 noyabr bəyannaməsinin müddəalarına əməl etməyə çağırıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax