Əsas məzmuna keç

Sığınacaq ərizəsi ilə gələnlərdən də ölkəni tərk etmələri istənilib

Sığınacaq ərizəsi ilə gələnlərdən də ölkəni tərk etmələri istənilib

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki,  Associated Press (AP) ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə tətbiq edilən və 900 mindən çox...

ABŞ-ə immiqrasiyaya icazə verən və Donald Trampın vəzifəyə gəldikdən sonra bağlamağa qərar verdiyi “CBP One” tətbiqindən istifadə edərək müvəqqəti olaraq ölkəyə gələnlərdən tərk etmələri istənilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Associated Press (AP) ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə tətbiq edilən və 900 mindən çox insanın faydalandığı “CBP One” tətbiqi ilə ölkədə müvəqqəti yaşamaq icazəsi almış şəxslərə ABŞ Daxili Nazirliyinin (DHS) göndərdiyi elektron məktubu əldə edib.

Müvafiq olaraq, DHS-in ölkədə müvəqqəti yaşamaq hüququ verilmiş Honduraslı mühacir ailəsinə göndərdiyi e-poçtda qeyd olunub ki, Artıq sizin ABŞ-ı tərk etməyin vaxtı gəldi.

Eyni e-poçtu alan digər şəxslərin də hesablarında mövzu ilə bağlı paylaşımlar etdiyi görülüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…