Əsas məzmuna keç

Şəxsi kabinetə girişlə bağlı I sinfə qəbul prosesinə yenilik tətbiq edilib

Şəxsi kabinetə girişlə bağlı I sinfə qəbul prosesinə yenilik tətbiq edilib

1-ci sinfə qəbulda Şəxsi kabinetə giriş “Digital Login” vasitəsilə həyata keçiriləcək. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MÜTDA-dan bildirilib....

1-ci sinfə qəbulda Şəxsi kabinetə giriş “ Login” vasitəsilə həyata keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MÜTDA-dan bildirilib.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində edilən daha bir yeniliyə əsasən, Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Proses istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması və sistemə giriş zamanı identifikasiya prosesinin sadələşdirilməsi məqsədi ilə həyata keçirilir.

Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə etmək istəyən valideynlər alternativ qeydiyyat mərkəzlərinə müraciət edəcəklər.

Qeyd edək ki, uşaqların birinci sinfə qəbulu prosesinə 01 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…