Operativ Məlumat Mərkəzi

Serbiyada azot gübrəsi daşıyan qayıq batıb

2 dəq
Paylaş:
Serbiyada azot gübrəsi daşıyan qayıq batıb

Almaniya bayrağı altında üzən və göyərtəsində min ton azot gübrəsi qayıq Serbiya və sərhədindəki körpüyə çırpılaraq Dunay çayında batıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Serbiya telekanalları məlumat yayıb.

Məlumata görə, “Antonia” yedək gəmisi göyərtəsində azot gübrəsi olan iki qayığı Avstriyanın Lints şəhərindən Serbiyanın Smederevo şəhərinə qədər Dunay çayı boyunca dartıb gətirib. Amma onlardan biri Serbiyanın Xorvatiya ilə sərhəddə Baçka Palanka şəhəri yaxınlığında körpünün dayağına çırpılıb.

“Nəticədə “Lola 5” qayığında deşik yaranıb və o batıb, insan itkisi yoxdur. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. “Antonia” yedək gəmisi Baçka Palanka limanındadır”, - Serbiyanın tikinti, və infrastruktur nazirinin müavini Predraq Petroviç milli televiziyaya açıqlamasında bildirib.

Hadisə yerində polis, prokurorluq, ekologiya müfəttişliyi işləyir, su nümunələri götürülüb. Körpüyə dəymiş ziyan və üçün təhlükə müəyyən edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax