Əsas məzmuna keç

Şəmkirdə qətl hadisəsi baş verib

Şəmkirdə qətl hadisəsi baş verib

hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. Mərhumun qohumları onun mülk üstündə qətlə yetirildiyini iddia edirlər. “Deyirlər, təzyiqi var idi,...

Şəmkirdə üzərində xəsarət izləri olan qadın tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Zəyəm kəndində qeydə alınıb. Mərhumun qohumları onun mülk üstündə qətlə yetirildiyini iddia edirlər.

“Deyirlər, təzyiqi var idi, ona görə öldü. Amma onu evin içində sürüyüblər”, - deyə qohumlardan biri bildirib.

Qeyd edək ki, həyat yoldaşı bir neçə il əvvəl ölən 63 yaşlı Əntiqə Məmmədova evdə tək yaşayırmış. Onun Bakıda yaşayan qızı anası ilə saxlaya bilmədiyindən qonşulara zəng edib və qadının bu zaman aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı rayon prokurorluğunda başlanılıb, faktla bağlı araşdırma aparılır.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…