Operativ Məlumat Mərkəzi

Şəmkirdə dönərdən zəhərləndiyi ehtimal edilən 24 nəfər tibbi yardımdan sonra evə buraxılıb

1 dəq
Paylaş:
Şəmkirdə dönərdən zəhərləndiyi ehtimal edilən 24 nəfər tibbi yardımdan sonra evə buraxılıb

Avqustun 20-si saat 18:30 radələrindən zəhərlənmə əlamətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 24 nəfərin hamısı tibbi yardımdan sonra müalicə üçün evə buraxılıb.

Xəstəxanadan "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, 9-u kişi, 15-i qadın olan şəxslərin vəziyyəti qiymətləndirilib. Onların 14-ü azyaşlıdır. Qeyd olunan şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax