Əsas məzmuna keç

Şəkidə qəsdən yanğın törədən şəxslər həbs olunublar

Şəkidə qəsdən yanğın törədən şəxslər həbs olunublar

Şəkinin Aşağı kəndi ərazisində 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanılıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla həmin şəxslərin rayon sakinləri - 48 Məzahir Sadıqov və 40 yaşlı Asif Mahmudov olduqları müəyyən edilib. Onların özlərinə məxsus pay torpaq sahəsini şumlamağa hazır vəziyyətə gətirmək üçün qəsdən yandırdıqları və nəticədə yanğının daha böyük ərazini əhatə etdiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb, hər iki şəxs barəsində qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…