Operativ Məlumat Mərkəzi

Şəkidə 24 şagird və 3 müəllim zəhərlənib

1 dəq
Paylaş:
Şəkidə 24 şagird və 3 müəllim zəhərlənib

Bu gün günorta saatlarında rayonunun Qudula orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Şöbəsinə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax