Operativ Məlumat Mərkəzi

Şarl Mişel: “Ağdam-Xankəndi marşrutunun açılması mühüm addımdır”

1 dəq
Paylaş:
Şarl Mişel: “Ağdam-Xankəndi marşrutunun açılması mühüm addımdır”

"Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun paralel istifadəsinə kömək edəcək mühüm addımdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında deyilir.

“Biz yüklərinin Ağdam- marşrutu ilə keçməsini qeydə alırıq. Bu, yerli əhalinin müntəzəm ərzaq təminatının bərpasına təkan verəcək”, - bəyanatda bildirilib.

Ş.Mişel həmçinin Bakı ilə Qarabağda yaşayan ermənilər arasında dialoqun qurulması, barışıq səyləri və ümumilikdə - sülh prosesi daxil olmaqla, daha konkret addımların atılacağına ümid etdiyini bildirib.

Bəyanatda vurğulanıb ki, Aİ rəhbəri Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirir. Əlavə edilib ki, Ş.Mişel sentyabrın 10-da Yeni Delhidə keçirilən G20 sammiti çərçivəsində Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax