Operativ Məlumat Mərkəzi

Şahmar Mövsümov: “Azərbaycanla Ermənistan arasında sülhün detallarını müzakirə etməyə başlamaq lazımdır”

2 dəq
Paylaş:
Şahmar Mövsümov: “Azərbaycanla Ermənistan arasında sülhün detallarını müzakirə etməyə başlamaq lazımdır”

“Azərbaycanla arasında uzunmüddətli sülhün yaradılması üçün konkret detalların müzakirəsinə başlamaq lazımdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Respublikası Prezidentinin köməkçisi − Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar “X” sosial şəbəkəsində yazıb.

“Dünya ictimaiyyətinin yekdil rəyi ondan ibarətdir ki, tamaşalar göstərməkdənsə, Azərbaycan və Ermənistan arasında uzunmüddətli dayanıqlı sülhün konkret detallarının müzakirəsinə keçməyin vaxtı çoxdan çatıb. Bunun üçün artıq bütün ilkin şərtlər var”, - paylaşımda qeyd edilib.

Onun sözlərinə görə, BMT Şurasında dünənki müzakirələr hansı ölkələrin suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real, dayanıqlı sülh istədiyini ortaya qoydu. Eyni zamanda hansı dövlətlərin isə revanşla bağlı mənasız ümidlərlə vaxtı uzatmaq üçün “humanitar fəlakət” tamaşasını oynamaqda davam etməsini bir daha göstərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax