Operativ Məlumat Mərkəzi

Sabirabadın 21 kəndində qaz kəsiləcək

1 dəq
Paylaş:
Sabirabadın 21 kəndində qaz kəsiləcək

Sabah rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm olan PE “-Ulacalı” orta təzyiqli yeraltı qaz kəmərində və ondan ayrılan qollarda kiplik sınaqları aparılacaq. Bununla bağlı sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatana qədər Nərimankənd, Qaratəpə, Yastıqobu, , Ulacalı, Mürsəlli, , Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı və Qaragüney kəndlərində (ümumilikdə 9 638 abonent) “Nərimankənd” QPS-dən qaz təchizatı dayandırılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax