Operativ Məlumat Mərkəzi

Sabah hava necə olacaq? - 26.02.2025

2 dəq
Paylaş:
Sabah hava necə olacaq? - 26.02.2025

Fevralın 27-də gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata əsasən, Bakıda və yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində yağıntının qısa müddətə intensivləşəcəyi ehtimalı var. Yağıntı günün ikinci yarısında kəsiləcək, şimal-qərb gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 1-3° şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % proqnozlaşdırılır.

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax