Əsas məzmuna keç

Sabahın havası açıqlandı - 02.01.2026

Sabahın havası açıqlandı - 02.01.2026

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,...

Bakıda yanvarın 3-də havanın əsasən yağmursuz olacağı, bəzi rayonlarda isə yağacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 2-dən 3-nə keçən bəzi şəhərətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 7-12° , yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-7° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…