Operativ Məlumat Mərkəzi

"Rusiyanın məqsədi separatçıların arxasında durub, onları Azərbaycan və Ermənistana qarşı istifadə etməkdir" - Ekspert

2 dəq
Paylaş:
"Rusiyanın məqsədi separatçıların arxasında durub, onları Azərbaycan və Ermənistana qarşı istifadə etməkdir" - Ekspert

Son günlər Qarabağdakı separatçıların aktivliyi müşahidə olunur. Onlar gün ərzində Ordumuza qarşı müxtəlif həyata keçirirlər.

Sosial Təqdiqatlar Mərkəzinin Mətbuat Xidmətlərinin rəhbəri, məsələlər üzrə Əziz Əlibəyli "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında qeyd edib ki, Qarabağdakı ermənilərin aktivləşdirilməsinə yönəlik Hindastandan silahların daşınması həyata keçirilir.

“750 milyon dollarlıq silah tədarük ediblər və silahların təxminən 30%-i Zəngəzur dəhlizi istiqamətində yığılıb. Qalan hissəsi isə Ruslar vasitəsi ilə Qarabağa köçürülüb”.

Əziz Əlibəylinin fikrincə, regionda vəziyyətin gərginləşməsi bir necə dövlətin maqarlarına xidmət edir.

“Rusiyanın məqsədi əslində separatçıların arxasına durub, onları və Ermənistana qarşı istifadə etməkdir, amma əlbətdə ki, bir erməni varlığının gücə çevrilməsi İranında, Fransanında, Hindistanında, Rusiyanında maraqlarına uyğundur. Amma hər biri öz marağına xidmət edəcək erməni formulu düşünür”.

istiqamətində erməni təxribatına münasibət bildirən ekspert qeyd edib ki, bu, bilavasitə İranla Fransanın birgə proyektidir və Zəngəzur dəhlizinin mövcudluğu İranın milli maraqlarına ziddir, bu, Rusiya ilə coğrafi əlaqələri bloklayır.

“Naxçıvan məsələsi gündəmə gələndə dərhal İran faktoru yada düşür. İranın niyyəti Azərbaycanın hərbi müttəfiqi Türkiyəni qıcıqlandırmaqdır”.

Reinteqrasiya məsələsinə toxunan Ə.Əlibəyli bildirib ki, bu prosses qaçınılmazdır.

Lalə Minasazova

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax