Operativ Məlumat Mərkəzi

Rusiyadan gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb

1 dəq
Paylaş:
Rusiyadan gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb

Rusiyadan Azərbaycana tumunun yararsız aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, idxalatçı şirkət “Seyfi 22” MMC-nin Rusiyadan idxal etdiyi “Darkuş Aqro” MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

"Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib", - məlumatda qeyd edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax