Əsas məzmuna keç

Rusiyada partlayış olub, ölən və yaralananlar var

Rusiyada partlayış olub, ölən və yaralananlar var

Rusiyanın diyarında dəmir yolu sisternlərinin planlı işlərə hazırlanması zamanı qaz-hava qarışığının partlaması nəticəsində bir nəfər olub, iki nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, bu barədə Perm diyarının Dövlət Müfəttişliyi məlumat yayıb.

"Dəmir yolu sisternlərinin planlı təmirə hazırlanması zamanı qaz-hava qarışığı partlayıb. Hadisə nəticəsində ağır dərəcəli yanıq xəsarəti almış üç işçi xəstəxanaya yerləşdirilib, onlardan biri tibb müəssisəsində vəfat edib", - qurumdan bildirilib.

Dövlət Əmək Müfəttişliyinin təhqiqat materialları təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün istintaq orqanlarına göndəriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…