Operativ Məlumat Mərkəzi

Rusiya XİN: “İslam dünyası ilə etimada əsaslanan münasibətləri qoruyuruq”

1 dəq
Paylaş:
Rusiya XİN: “İslam dünyası ilə etimada əsaslanan münasibətləri qoruyuruq”

Moskvada -İslam Dünyası Strateji Baxış Qrupunun nümayəndələri ilə İslam Təşkilatına (İƏT) üzv ölkələrin səfirləri arasında görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rusiya naziri Sergey İslam dünyası ilə etimada əsaslanan dostluq münasibətlərini davam etdirdiklərini ifadə edib.

Görüşdə Rusiya xarici işlər naziri Lavrov, Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov və Rusiya baş nazirinin müavini Marat Hüsnullin də iştirak edib.

Lavrov buradakı çıxışında İƏT ilə əməkdaşlığa önəm verdiklərini ifadə edərək, “İƏT ilə aktual məsələlərdə möhkəm və etibarlı dialoqumuz var” deyib.

Rusiya-İslam Dünyası Strateji Baxış Qrupunun Rusiya ilə İƏT münasibətlərində də mühüm rol oynadığını bildirən Lavrov, bu qrupun Rusiya ilə İslam dünyası arasında dostluq və etimadı gücləndirdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax