Operativ Məlumat Mərkəzi

Putin İranla strateji tərəfdaşlıq sazişinin ratifikasiyasını təsdiqləyib

1 dəq
Paylaş:
Putin İranla strateji tərəfdaşlıq sazişinin ratifikasiyasını təsdiqləyib
sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub. Saziş Moskva ilə Tehran arasında uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün...

Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Saziş Moskva ilə Tehran arasında uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi baza yaradır, həmçinin Rusiya və İranın strateji tərəfdaş statusunu möhkəmləndirir və bütün sahələri əhatə edir: müdafiə, terrorizmlə mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya.

Razılaşma İran prezidenti Məsud Pezeşkiyanın bu ilin yanvarında Moskvaya səfəri zamanı imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər