Əsas məzmuna keç

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirir

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirir

bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. İyulun 2-də Moskvadakı erməni katedralındə keçirilən yolasalma mərasimində iştirak edən...

Ukraynanın işğal ərazilərində könüllü batalyonları yerləşdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

İyulun 2-də Moskvadakı erməni katedralındə keçirilən yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun fotoları yayılıb.

“Həmin batalyonda vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğunu güman edilir”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.

Bundan başqa, amerikalı analitiklərin məlumatına görə, Silahlı Qüvvələri iyulun 2-də cəbhənin 6 istiqamətində əks-hücum əməliyyatı keçirib və bu ərazilərin bəzilərində qələbə qazanıb: “Rusiyalı bəzi blogerlərin fəaliyyəti hakimiyyətin şişirtdiyi uğurları ifşa edir. Buna görə də onların bir çoxuna sanksiya tətbiq edilir”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…