Operativ Məlumat Mərkəzi

Rusiya Türkiyənin “Azov” komandirlərini Ukraynaya qaytarmasından narazı qalıb

2 dəq
Paylaş:
Rusiya Türkiyənin “Azov” komandirlərini Ukraynaya qaytarmasından narazı qalıb

“Moskva “Azov” komandirlərinin Ukraynaya qaytarılması ilə bağlı mövqeyini Ankaraya çatdıracaq. Bu, olacaq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, razılaşmaları pozub: “Rusiya “Azov”un rəhbərlərinin geri qayıtması ilə bağlı vəziyyəti Türkiyə ilə müxtəlif sahələrdə müqavilələrdə nəzərə alacaq. Rusiya mövqeyini Türkiyəyə çatdırmaq üçün müxtəlif yüksək səviyyəli kanallardan istifadə edəcək”.

D.Peskovun sözlərinə görə, amma bu məsələ qaz qovşağı layihəsinə təsir etməyəcək: “Türkiyənin ilə münasibətləri inkişaf etdirmək üçün hüququ var. Lakin Rusiya bunun Moskvaya qarşı yönəlməyəcəyinə ümid edir”.

Kremlin sözçüsü deyib ki, V.Putinin Türkiyəyə səfər tarixi hələlik məlum deyil: “ da gündəlikdə yoxdur. Amma liderlər bunu sürətli şəkildə koordinasiya edə bilərlər. Rusiya Türkiyə ilə münasibətləri davam etdirmək niyyətindədir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax