Operativ Məlumat Mərkəzi

Rusiya Sumı şəhərinə raket zərbəsi endirdi

2 dəq
Paylaş:
Rusiya Sumı şəhərinə raket zərbəsi endirdi

Rusiya ordusu Ukraynanın şimal-şərqində Sumı şəhərinin mərkəzinə iki ballistik raketlə hücum edib. Hücum nəticəsində azı 21 nəfər həyatını itirib, 83 nəfər isə yaralanıb. Yaralılar arasında 7 uşaq da var .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Daxili İşlər naziri İqor Klimenko bildirib ki, raketlər şəhərin mərkəzində yerləşən küçələrə, vasitələrinə və binalara düşüb. Hadisə zamanı insanlar küçədə, vasitələrində və binalarda olublar.

***

13 aprel 2025-ci il tarixində Rusiya ordusu Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirib. Hücum nəticəsində çoxsaylı insan həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sumı şəhər şurasının katibi və şəhər başçısının səlahiyyətlərini icra edən Artyom Kobzar məlumat verib.

Hücum nəticəsində uşaq yaralanıb və binalar zədələnib

"Süspilne"nin məlumatına görə, hücum nəticəsində bir uşaq yaralanıb və bir neçə bina zədələnib. Zərbə nəticəsində şəhərin təhsil müəssisələrindən birinə ciddi ziyan dəyib.

Ukrayna Milli və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, ruslar bu hücumu bilərəkdən mülki əhalini hədəf alaraq həyata keçiriblər. O, həmçinin qeyd edib ki, bu hücum ABŞ nümayəndəsi Uitkoffun Moskvaya səfərindən sonra baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax