Operativ Məlumat Mərkəzi

Rusiya Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qalır

3 dəq
Paylaş:
Rusiya Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qalır
bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında bildirib. "Rusiya Səhiyyə Nazirliyinin federal tibb mərkəzlərində...

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan iki rusiyalının vəziyyəti ağırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında bildirib.

"Rusiya Səhiyyə Nazirliyinin federal tibb mərkəzlərində və Moskva Səhiyyə Departamentinin xəstəxanasında Aktaudakı təyyarə qəzasında xəsarət alan 9 rusiyalının müalicəsi davam edir. Onlardan ikisinin vəziyyəti ağır olaraq qalır, dörd nəfər, o cümlədən bir uşaq orta ağır vəziyyətdədir, həkimlər üç nəfərin vəziyyətini isə yüngül qiymətləndirirlər", - o qeyd edib.

Köməkçinin sözlərinə görə, xəsarət alanlara bütün zəruri tibbi yardım göstərilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si , 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax