Rusiya Ordusu gecə saatlarında Odessaya zərbə dronları ilə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Unian"a istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Onun sözlərinə görə, zərbə dronlarından biri yaşayış binasına tuş gəlib.
İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır. Hadisə nəticəsində 50 sakin təxliyə edilib, 6 mənzil tamamilə dağılıb, 36 mənzil isə qismən zədələnib.
Rusiya Odessada çoxmərtəbəli yaşayış binasına zərbə endirib, yaralılar var
bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb. Onun sözlərinə görə, zərbə dronlarından biri yaşayış binasına tuş gəlib....
Əlaqəli xəbərlər
Region xəbərləri
Rusiyanın Kiyevə gecə hücumu: 2 ölü, 10 yaralı
Region xəbərləri
Ukraynadan Rusiyaya kütləvi PUA hücumu: Yaralılar var
Region xəbərləri
Rusiyanın Kiyevə hücumundan sonra Zelenski səfərini yarımçıq saxladı
Növbəti xəbər yüklənir…