Operativ Məlumat Mərkəzi

Rusiya ilə əsir mübadiləsi nəticəsində 116 ukraynalı hərbçi azad olunub

2 dəq
Paylaş:
Rusiya ilə əsir mübadiləsi nəticəsində 116 ukraynalı hərbçi azad olunub

arasında əsirlərin mübadiləsi nəticəsində 116 ukraynalı hərbçi azad olunub.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Ukrayna Ofisinin rəhbəri Andriy "Telegram" hesabında məlumat verib.

Yermakın sözlərinə görə, azad edilənlər arasında Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut istiqamətində döyüşən snayperlər və digərləri var.

"Ukrayna Silahlı Qüvvələrinin 87 , Hərbi Kəşfiyyat Xidmətinin 8 hərbçisi, Milli Qvardiyanın 7 hərbçisi, Milli Polisin 6 əməkdaşı, Dövlət Təhlükəsizliyi Xidmətindən 5 əməkdaş, Hərbi Dəniz Qüvvələrinin 2 əməkdaşı və Dövlət Fövqəladə Hallar Xidmətinin bir əməkdaşı azad olunub.

Onlardan ikisi zabit, 114-ü sıravi əsgər və çavuşdur.

Bundan əlavə, biz ölən əcnəbi könüllülərin - Kristofer Metyu Perri və Endryu Tobias Metyunun cəsədlərini, eləcə də ölmüş könüllü əsgər - Fransa Xarici Legionunda xidmət etmiş və Rusiya Ukraynaya qarşı tam miqyaslı müharibəyə başladıqdan sonra ölkəmizi müdafiə etmək üçün qayıdan ukraynalı Yevheniy Oleqoviçin cəsədini geri qaytardıq", Yermak bildirib

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax