Operativ Məlumat Mərkəzi

''Rusiya AZAL-ın qəzasında iştirak edən məmurların hərəkətlərinə qiymət verəcək''

2 dəq
Paylaş:
''Rusiya AZAL-ın qəzasında iştirak edən məmurların hərəkətlərinə qiymət verəcək''

AZAL-a sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmada iştirak edən bütün vəzifəli şəxslərə əməllərinə uyğun hüquqi qiymət veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti Vladimir Putin İlham Əliyevlə Düşənbədə keçirilən görüşü zamanı bildirib.

Putinin sözlərinə görə, Rusiya qəzanın səbəblərinin obyektiv və hərtərəfli araşdırılmasını təmin edəcək:

“Rusiya obyektiv araşdırma aparacaq və qəzanın əsl səbəblərini müəyyən edəcək. İstintaqı tam başa çatdırmaq və bütün məqamları dəqiqləşdirmək üçün bir qədər vaxt tələb olunacaq,” – deyə o vurğulayıb.

Rusiya lideri qeyd edib ki, ölkəsi və qəza hallarında qərəzsiz və şəffaf istintaqa sadiqdir.

Bundan əlavə, Putin qəzaya səbəb ola biləcək mümkün amillərdən birinin səmada Ukraynaya məxsus pilotsuz uçuş aparatının olması ehtimalı olduğunu da açıqlayıb.

həmçinin bildirib ki, AZAL təyyarəsinin uçuş heyətinə Mahaçqalaya eniş imkanı təklif olunub, lakin ekipaj öz hava limanına – Bakıya qayıtmağa qərar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax