Operativ Məlumat Mərkəzi

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başa çatır

1 dəq
Paylaş:
Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başa çatır
bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib. “İstintaq başa çatır və indi bütövlükdə bu faciənin, bu...

Ötən ilin dekabrında Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq başa çatır və faciənin səbəbləri artıq tam aydındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“İstintaq başa çatır və indi bütövlükdə bu faciənin, bu fəlakətin səbəbləri haqqında danışmaq olar. Bu, bir neçə halla əlaqədardır”, - Rusiya Prezidenti qeyd edib.

Onun sözlərinə görə, birinci hal səmada Ukrayna dronunun olmasıdır, “ikinci səbəb isə Rusiyanın Hava Hücumundan Müdafiə sisteminin özünün texniki nasazlıqlarıdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər