Operativ Məlumat Mərkəzi

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

2 dəq
Paylaş:
Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşların növbəti qəbulunu keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Komitə sədri bildirib ki, işğaldan azad ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Bildirilib ki, vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax