Operativ Məlumat Mərkəzi

Rövşən Novruzoğlu ilə bağlı QƏRAR VERİLDİ

2 dəq
Paylaş:
Rövşən Novruzoğlu ilə bağlı QƏRAR VERİLDİ

Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruz oğlu (Rövşən Norvruzoğlu) barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasında qərar açıqlanıb. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, R.Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il dekabrın 19-da qəbul etdiyi hökmə əsasən, 6 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

Bakı Apellyasiya Məhkəməsi Rövşən Vəliyevin şikayətini təmin etməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2 ( - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.

Rövşən Vəliyev bundan əvvəl 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax