Operativ Məlumat Mərkəzi

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

2 dəq
Paylaş:
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

Rezidenturaya qalan yerlərinə qəbulun nəticələri elan edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİM-dən məlumat verilib.

Bildiirlib ki, müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə 2 namizəd iştirak edib və rezidenturaya qəbul olunub.

Rezidenturaya qəbul olmuş namizədlər 5 – 10 sentyabr (18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Əlavə məlumat Səhiyyə Nazirliyindən veriləcək.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.

Qəbul olunanların siyahısı:

İş nömrəsi

Topladığı bal

Qəbul olduğu ixtisasın kodu

270652

51

329138

269603

53

311163

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax