Operativ Məlumat Mərkəzi

Rəsmi Bakı Trampın Qəzzada münaqişəyə son qoymaq üçün həll planını alqışlayır

1 dəq
Paylaş:
Rəsmi Bakı Trampın Qəzzada münaqişəyə son qoymaq üçün həll planını alqışlayır

Biz ABŞ Prezidenti Tramp tərəfindən təklif olunmuş Qəzza münaqişəsinə son qoymaq üçün Hərtərəfli Planının elan olunmasını alqışlayırıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, davamlı və ədalətli sülh səmimi , qarşılıqlı etimad və hüquqa hörmət tələb edir.

“Məhbusların və girovların mübadiləsi, əhalinin humanitar ehtiyacların qarşılanması uzun müddətli sabitləşmə və siyasi həll yolunda etimadın qurulması və gərginliyin azaldılması üçün həyati kəsb edir.
Yalnız dialoq və xoş niyyət vasitəsilə, mərkəzində iki dövlətli həllin olduğu uzun müddətli razılaşmaya nail olmaq mümkündür”, - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax