Əsas məzmuna keç

Rəsmi Bakı Pavel Durov və Kemi Sebanın Fransada həbsini pisləyib

Rəsmi Bakı Pavel Durov və Kemi Sebanın Fransada həbsini pisləyib

bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə onların Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət...

“Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Sebanın siyasi əqidəsinə və fikirlərinə görə təqib olunması qəbuledilməzdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin katibi Ayxan Hacızadə onların Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, P.Durov və K.Seba barəsində həbs qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur: "Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır. Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…