Əsas məzmuna keç

Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib

Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib

XİN rəsmisi özünün "X" hesabında bildirib ki, Fransanın Ermənistana öldürücü silahları tədarük etməsi və sülhə xidmət etməyən uzunmüddətli...

Xarici İşlər Nazirliyinin katibi Ayxan Hacızadə Fransa naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı verdiyi açıqlamaya cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN rəsmisi özünün "X" hesabında bildirib ki, Fransanın Ermənistana öldürücü silahları tədarük etməsi və sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi xarici işlər naziri Jan Barronnun regionda gərginliyin yaranması ilə bağlı narahatlığını ifadə etdiyi fikirləri ilə uyğun gəlmir.

O qeyd edib ki, bu ikili yanaşma Fransanın riyakarlığını göstərir:

razılaşmasının üzərində işin başa çatdırılması önəmli hadisə olsa da, onun imzalanması və regionda uzunmüddətli sülhə nail olunması Ermənistanın Konstitusiyasında Azərbaycana ərazi iddialarının aradan qaldırılmasını və əsasən də Fransa tərəfindən regionda vəziyyətin destabilləşdirilməsinə xidmət edən xarici müdaxilənin aradan qaldırılmasını tələb edir. Bundan başqa insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərin mühakiməsinə maneələrin yaradılması təkcə bu işlərin aparılmasını əngəlləmir, həm də törədilən cinayətlərə görə məsuliyyət məsələsinə xələl gətirir”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…