Operativ Məlumat Mərkəzi

Rəşad Dağlının məhkəməsi: ölənin hüququ varisinin ifadəsində ziddiyyətlər aşkarlanıb

2 dəq
Paylaş:
Rəşad Dağlının məhkəməsi: ölənin hüququ varisinin ifadəsində ziddiyyətlər aşkarlanıb

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, prosesdə zərərçəkmiş şəxsin varisi, qardaşı Etibar İsgəndərov ifadə verib.

Etibar İsgəndərovun sözlərinə görə, Rəşad Dağlı ilə qohumluq münasibətləri olmayıb. Onun sözlərinə görə, Rəşad Dağlı ilə dostluq münasibətləri olub. Qeyd edib ki, onların Rəşad Dağlı ilə düşmənçiliyi də olmayıb.

Daha sonra prokuror Orxan Səmədovun suallarını cavablandıran hüquqi varis deyib ki, qardaşı ilə eyni evdə yaşayıblar:

" həbsdən yeni çıxmışdı. Heç bir yerdə işləmirdi. Amma xəstəliyi ilə bağlı pensiya alırdı. Hadisə günü qardaşımı görmüşdüm. Bilsəydim belə hadisə olacaq evdən getməsinə imkan verməzdim. Qardaşım Rəşad Dağlıya, Rəşad Dağlı da ona zəng edib. Nəsə söhbət var idi, gedib onu həll edəcəkdilər. Amma söhbətin nədən ibarət olduğunu . Qardaşım dedi ki, söz-söhbət var, onu həll edəcəklər. Amma söhbətin kiminlə və nə ilə bağlı olduğunu bilməmişəm. Kiminlə danışaçaqdılar, kiminlə görüşücəkdilər, onu da bilməmişəm".

Daha sonra hakim deyib ki, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında olub. Hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax