Əsas məzmuna keç

Rəşad Dağlının məhkəməsi: ölənin hüququ varisinin ifadəsində ziddiyyətlər aşkarlanıb

Rəşad Dağlının məhkəməsi: ölənin hüququ varisinin ifadəsində ziddiyyətlər aşkarlanıb

prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Etibar İsgəndərov ifadə verib. Etibar İsgəndərovun sözlərinə görə, Rəşad Dağlı ilə qohumluq...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Əmirovun (Rəşad ) üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Etibar İsgəndərov ifadə verib.

Etibar İsgəndərovun sözlərinə görə, Rəşad Dağlı ilə qohumluq münasibətləri olmayıb. Onun sözlərinə görə, Rəşad Dağlı ilə dostluq münasibətləri olub. Qeyd edib ki, onların Rəşad Dağlı ilə düşmənçiliyi də olmayıb.

Daha sonra prokuror Orxan Səmədovun suallarını cavablandıran hüquqi varis deyib ki, qardaşı ilə eyni evdə yaşayıblar:

" həbsdən yeni çıxmışdı. Heç bir yerdə işləmirdi. Amma xəstəliyi ilə bağlı pensiya alırdı. Hadisə günü qardaşımı görmüşdüm. Bilsəydim belə hadisə olacaq evdən getməsinə imkan verməzdim. Qardaşım Rəşad Dağlıya, Rəşad Dağlı da ona zəng edib. Nəsə söhbət var idi, gedib onu həll edəcəkdilər. Amma söhbətin nədən ibarət olduğunu bilməmişəm. Qardaşım dedi ki, söz-söhbət var, onu həll edəcəklər. Amma söhbətin kiminlə və nə ilə bağlı olduğunu bilməmişəm. Kiminlə danışaçaqdılar, kiminlə görüşücəkdilər, onu da bilməmişəm".

Daha sonra hakim deyib ki, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyətlər olub. Hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…