Əsas məzmuna keç

12000 manatlıq telefon oğurlandı: Bakıda cinayət hadisəsi

12000 manatlıq telefon oğurlandı: Bakıda cinayət hadisəsi

Xətai rayonunda mağazanın şüşəsini sındıran 20 yaşlı Ərrəhman Nadirov saxlanılıb. DİN-in açıqladığı soyğunçuluq hadisəsinin və oğurlanan mobil cihazların təfərrüatı.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakıda 12000 manatlıq mobil telefon oğurlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 29-da paytaxtın rayonunda telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Xətai Rayon İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?