Operativ Məlumat Mərkəzi

“Real Madrid” – “Valensiya” matçı hakim qalmaqalı ilə yekunlaşıb

1 dəq
Paylaş:
“Real Madrid” – “Valensiya” matçı hakim qalmaqalı ilə yekunlaşıb

üzrə İspaniya çempionatının turu çərçivəsində “” səfərdə “Valensiya” ilə heç-heçə edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Valensiyada "Mestalla" stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları Uqo Duro (27-ci dəqiqə) və Roman Yaremçuk (30-cu dəqiqə) vurublar. “Real Madrid”in heyətində Vinisius Junior dubla imza atıb (45+5, 76).

“Real Madrid”in yarımmüdafiəçisi Jud Bellinqem əlavə vaxtda qol vurub, lakin Xesus Xil Mansano bir neçə dəqiqə əvvəl final fitini çalıb və qolun hesaba alınmasına icazə verməyib. İngilis yarımmüdafiəçi birbaşa vərəqə aldığı hakimin qərarı ilə razılaşmayıb. Qonaqların müdafiəçisi Antonio Rudiger də mübahisəyə görə qırmızı vərəqə alıb.

“Real Madrid” 26 oyunda 65 xal toplayıb, və turnir cədvəlində birinci yerdədir. "Valensiya" 25 oyundan sonra 36 xalla 9-cu yerdə qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax