Operativ Məlumat Mərkəzi

Ramin Dekonun həbs müddəti uzadılıb

2 dəq
Paylaş:
Ramin Dekonun həbs müddəti uzadılıb

“Meydan" TV işi üzrə həbs olunan Ramin Deko (Cəbrayılzadə) barəsində həbs tədbirinin uzadılması ilə bağlı orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub. Onun həbs 3 ay uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax