Operativ Məlumat Mərkəzi

Qurbanov 700-cü oyununu keçirib

2 dəq
Paylaş:
Qurbanov 700-cü oyununu keçirib

Qurban baş məşqçi karyerasında 700-cü oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi Premyer Liqanın 25-ci turuna təsadüf edib. Onun etdiyi “” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Bu görüşdə onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib.

Qəbələdəki qarşılaşma Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə 700-cü matçı kimi tarixə düşüb. Burada cəza və ya digər səbəbdən texniki zonadan deyil, kənardan yetirmələrinə rəhbərlik etdiyi görüşlər də nəzərə alınıb.

Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası ərzində üç komandaya rəhbərlik edib. Qurbanov “Qarabağ”dan başqa, “Neftçi”də 38, millisində 12 oyunda iş başında olub.

“Qəbələ” ilə qarşılaşma həm də, “Qarabağ”ın “sükanı arxasında” 650-ci qarşılaşma olub. Mütəxəssis 2008-ci ilin yayından olduğu Ağdam komandasını səfər matçınadək 649 matça çıxarmışdı.

Qurbanovun baş məşqçi kimi debütü 2006-cı il avqustun 6-da reallaşıb. Onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib. Mütəxəssis bundan 2 il 3 gün sonra “Qarabağ”da debüt edib. Ağdam klubu səfərdəki çempionat matçında “Bakılı”ya qalib gəlib – 2:1.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax