Qurbanov 700-cü oyununu keçirib

Qurbanov 700-cü oyununu keçirib
06.03.2023 15:20
Aa
dəq

Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi Premyer Liqanın 25-ci turuna təsadüf edib. Onun rəhbərlik etdiyi “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Bu görüşdə onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib.

Qəbələdəki qarşılaşma Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə 700-cü matçı kimi tarixə düşüb. Burada cəza və ya digər səbəbdən texniki zonadan deyil, kənardan yetirmələrinə rəhbərlik etdiyi görüşlər də nəzərə alınıb.

Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası ərzində üç komandaya rəhbərlik edib. Qurbanov “Qarabağ”dan başqa, “Neftçi”də 38, Azərbaycan millisində 12 oyunda iş başında olub.

“Qəbələ” ilə qarşılaşma həm də, “Qarabağ”ın “sükanı arxasında” 650-ci qarşılaşma olub. Mütəxəssis 2008-ci ilin yayından baş məşqçisi olduğu Ağdam komandasını səfər matçınadək 649 matça çıxarmışdı.

Qurbanovun baş məşqçi kimi debütü 2006-cı il avqustun 6-da reallaşıb. Onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib. Mütəxəssis bundan 2 il 3 gün sonra “Qarabağ”da debüt edib. Ağdam klubu səfərdəki çempionat matçında “Bakılı”ya qalib gəlib – 2:1.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu