Əsas məzmuna keç

“Qəzzada mövcud əzabları davam etdirmək vicdansızlıqdır”

“Qəzzada mövcud əzabları davam etdirmək vicdansızlıqdır”

o, bu barədə yazılı açıqlamasında bildirib. İsrailin blokadası səbəbindən 8 həftədən artıqdır Qəzzaya humanitar yardım və ticarət mallarının girə...

İrlandiya baş nazirinin müavini Simon İsrailin Qəzzaya yardım axınını əngəlləməsinə reaksiya verərək, əzabların davam etməsini vicdansızlıq kimi qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə yazılı açıqlamasında bildirib.

İsrailin blokadası səbəbindən 8 həftədən artıqdır Qəzzaya və ticarət mallarının girə bilmədiyini qeyd edən Harris, "uşaqlar acından ölür. Xəstəxanalarda ən sadə ağrıkəsicilər belə tükənir. Dünya Ərzaq Proqramı ərzaq ehtiyatlarının tükəndiyini açıqladı. Təcili olaraq qurtaran yardımlara ehtiyac var, ancaq yük maşınları Qəzzaya girə bilmir" deyib.

"Mövcud iztirabların davam etməsi ağılsızlıqdır. Bu vəziyyət qəbuledilməzdir. Bu şəraitdə İsrailin həyat qurtaran yardımı əngəlləməsi öhdəliklərinin pozulmasıdır. Biz İsraili insan yardımının blokadasını dərhal aradan qaldırmağa və ölkəyə girməyə çağırırıq",- deyə Harris qeyd edib.

Bölgədə hücumların davam etməsinin də narahatlıq doğurduğunu vurğulayan Harris bütün tərəfləri atəşkəs danışıqlarına qayıtmağa və qalan məhbusları azad etməyə çağırıb.

Harris deyib ki, beynəlxalq ictimaiyyət gələcək fəlakətlərin qarşısını almaq üçün təcili tədbirlər görməlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…