Operativ Məlumat Mərkəzi

Qəzzada daha 183 nəfər həlak olub

2 dəq
Paylaş:
Qəzzada daha 183 nəfər həlak olub

İsrail ordusunun son 24 saat ərzində Qəzzada HƏMAS-a qarşı keçirdiyi nəticəsində 183 fələsinli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, HƏMAS nümayəndələri ötən gün 377 nəfərin isə yaralandığını açıqlayıb.

Bununla da 112 gündür davam edən müharibə nəticəsində Qəzzada ölənlərin sayı ümumi 26 083-ə, yaralananların sayı isə 64 487 nəfərə çatıb.

Müharibənin gedişatı ilə bağlı açıqlama verən İsrail ordusu, Xan Yunis şəhərinin mərkəzində qızğın döyüşlərin davam etdiyini bildirib. Əməliyyatlar zamanı onlarla terrorçunun məhv edildiyi açıqlanıb.

HƏMAS isə İsrailin tibb infrastrukturunu hədəf almağa davam etdiyinə və Əl-Amal xəstəxanasını atəş altında saxladığına dair məlumat yayıb.

Qeyd edək ki, bugün Məhkəməsi Cənubi Afrikanın Qəzzada iddia edilən soyqırımı ilə əlaqədar İsrailə qarşı “müvəqqəti tədbirlərin görülməsi” tələbi ilə bağlı qərar verəcək.

Ali Məhkəmənin İsrailin Qəzzada hərbi əməliyyatları dayandırması ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. CAR-ın iddialarını qəti şəkildə rədd edən İsrail tərəfi məhkəmədən işin ləğvini tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax