Operativ Məlumat Mərkəzi

Qəzza zolağındakı toqquşmalarda İsrail ordusu 48 hərbçi itirib

1 dəq
Paylaş:
Qəzza zolağındakı toqquşmalarda İsrail ordusu 48 hərbçi itirib

Qəzza zolağındakı toqquşmalarda İsrail ordusu 48 hərbçi itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Qüvvələrinin məlumat yayıb.

Məlumata əsasən, ötən gün 2 hərbçi İsrail ordunun Qəzzadakı əməliyyatları zamanı həyatını itirib və bununla da ölən hərbçilərin ümumi sayı 48 nəfərə çatıb.

Həmçinin əlavə olunub ki, hazırda İsrail ordusu Qəzzadakı Əl-Şifa xəstəxanası ərazisində əməliyyatları davam etdirir.

İsrail ordusu xəstəxananın altında 200-ə yaxın HAMAS döyüşçüsünün gizləndiyi, girovların saxlandığı bir neçə yeraltı kompleksin və tunelin olduğunu iddia edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax