Əsas məzmuna keç

Qətər: İsrail Trampın planına əsasən artıq atəşi dayandırmalı idi

Qətər: İsrail Trampın planına əsasən artıq atəşi dayandırmalı idi

o bu barədə  Dohada keçirdiyi mətbuat konfransında bildirib. “Biz yaxın günlərdə atəşkəslə bağlı danışıqların nəticələrini gözləyirik. Bu məsələ ilk...

Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, İsrail prezidenti Trampın təqdim etdiyi Qəzza planına əsasən əməliyyatları artıq dayandırmalı idi.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Dohada keçirdiyi konfransında bildirib.

“Biz yaxın günlərdə atəşkəslə bağlı danışıqların nəticələrini gözləyirik. Bu məsələ ilk növbədə İsrailin işğalçı hökumətinə ünvanlanmalıdır. Əgər baş nazirin Trampın planına sadiq qalması barədə dedikləri doğrudursa, deməli, İsrail artıq atəşi dayandırmalı idi”, – əl-Ənsari deyib.

Qətər rəsmisi əlavə edib ki, Dohanın vasitəçiliyi ilə aparılan danışıqların məqsədi bölgədə uzunmüddətli və sabit atəşkəsin təmin edilməsidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…