Operativ Məlumat Mərkəzi

Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı İran hədəflərinə hücumlara qarşıdır

2 dəq
Paylaş:
Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı İran hədəflərinə hücumlara qarşıdır

əmiri Şeyx Təmim bin Həməd Al Sani, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Donald Trampla görüşlərində İranın obyektlərinə hücuma qarşı çıxıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, onlar İsrail və ya ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumuna qarşı çıxıblar və Trampdan yeni nüvə sazişi axtarışlarını davam etdirməsini istəyiblər.

Mənbə qeyd edir ki, bu ölkələrin ərazisində ABŞ bazalarının olması səbəbindən Amerikanın mümkün hücumunun onları İranın cavab hücumunun hədəfinə çevirə biləcəyi ilə bağlı narahatlıqlar ifadə olunub.

Məlumata görə, Qətər əmiri Trampa belə bir ssenaridə ən çox Körfəz ölkələrinin zərər çəkəcəyini bildirib.

və Qətər də İsrailin İrana mümkün hücumundan narahat olduqlarını qeyd ediblər.

ABŞ prezidenti Tramp deyib ki, o, keçən həftə İsrailin Binyamin Netenyahuya İranın nüvə proqramı ilə bağlı Vaşinqton və Tehran arasında danışıqları poza biləcək hər hansı hərəkəti barədə xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax