Əsas məzmuna keç

Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı İran hədəflərinə hücumlara qarşıdır

Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı İran hədəflərinə hücumlara qarşıdır

bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, onlar İsrail və ya ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumuna qarşı çıxıblar və...

əmiri Şeyx Təmim bin Həməd Al Sani, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Trampla görüşlərində İranın obyektlərinə hücuma qarşı çıxıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, onlar İsrail və ya ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumuna qarşı çıxıblar və Trampdan yeni nüvə sazişi axtarışlarını davam etdirməsini istəyiblər.

Mənbə qeyd edir ki, bu ölkələrin ərazisində ABŞ hərbi bazalarının olması səbəbindən Amerikanın mümkün hücumunun onları İranın cavab hücumunun hədəfinə çevirə biləcəyi ilə bağlı narahatlıqlar ifadə olunub.

Məlumata görə, Qətər əmiri Trampa belə bir ssenaridə ən çox Körfəz ölkələrinin zərər çəkəcəyini bildirib.

və Qətər də İsrailin İrana mümkün hücumundan narahat olduqlarını qeyd ediblər.

ABŞ prezidenti deyib ki, o, keçən həftə İsrailin baş naziri Binyamin Netenyahuya İranın nüvə proqramı ilə bağlı Vaşinqton və Tehran arasında danışıqları poza biləcək hər hansı hərəkəti barədə xəbərdarlıq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…