Operativ Məlumat Mərkəzi

Qaradağ rayonunda kafedə qumarxana təşkil edənlər saxlanılıb

1 dəq
Paylaş:
Qaradağ rayonunda kafedə qumarxana təşkil edənlər saxlanılıb

Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.

Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax