Operativ Məlumat Mərkəzi

Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

2 dəq
Paylaş:
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

rayonunda edən sürücü həbs edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı şəhər DYP İdarəsindən bildirilib.

Məlumata görə, Qaradağ DYP-nin əməkdaşları tərəfindən avtomobilində konstruksiya dəyişikliyi etdiyi üçün “VAZ 2107” markalı, 10-LK-422 dövlət nişanlı vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Rüstəmli Elşən Rövşən oğlu saxlanılıb.

Sürücü barəsində Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Rüstəmli sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax