Operativ Məlumat Mərkəzi

"Qarabağ" klubu dünya reytinqində 14 pillə irəliləyib

1 dəq
Paylaş:
"Qarabağ" klubu dünya reytinqində 14 pillə irəliləyib

Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı son dünya reytinqində daha 14 pillə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu nəticə komandanın son aylardakı uğurlu ilə əlaqədardır.

Ötən ayda 38 pillə irəliləyən Ağdam təmsilçisi yüksəliş tendensiyasını davam etdirir. Belə ki, 171 xal toplayan "köhlən atlar" 96-cı yerdən 82-ci pilləyə qalxıb.

Digər klubları da reytinqdə dəyişikliklərlə yadda qalıb. “Sabah” 81 302-ci mövqedən 296-cı yerə yüksəlib. “Araz-Naxçıvan” 66,5 xalla 355-ci yerdən 391-ci sıraya, “Zirə” isə 65,5 xalla 380-ci pillədən 407-ci yerə geriləyib.

Ümumilikdə 501 klubun yer aldığı siyahıya 537 xalla Fransa nəhəngi PSJ başçılıq edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax