Operativ Məlumat Mərkəzi

"Qara qutu" tapılıb və onun araşdırılmasına başlanılıb"

2 dəq
Paylaş:
"Qara qutu" tapılıb və onun araşdırılmasına başlanılıb"

"Gürcüstanda qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin qəza yerində “qara qutu” tapılıb və onun tədqiqinə başlanılıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hadisə barədə məlumat alınar-alınmaz, milli müdafiə nazirimiz, eləcə də nazirlərimiz aidiyyəti tərəflərlə əlaqə saxladılar. Axtarış-xilasetmə işləri dərhal başladı. Gürcüstan rəsmiləri ilə çərçivəsində axtarışlara dərhal pilotsuz uçuş aparatlarımız cəlb olundu. Həmin axşam təyyarənin qalıqlarının tapıldığı barədə məlumat aldıq. Qalıqların aşkarlandığı ərazi mühasirəyə alındı. Təyyarəmizin "qara qutu"su tapılıb və onun araşdırılmasına başlanılıb”, - deyə qeyd edib.

O həmçinin bildirib ki, 19 nəfərin cəsədi tapılıb, sonuncu şəhidin cəsədinin axtarışları isə davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax